Yeri gəlmişkən, diqqətəlayiq haldır ki, bu, Si Cinpinin Ümumçin Xalq Konqresi tərəfindən qəbul edilən üçüncü müddətə Çinin prezidenti vəzifəsinə təyin edilməsi və ya yenidən seçilmək qərarı ilə paralel baş verir. Bu, görünməmiş bir qərar idi, çünki heç bir Çin prezidenti 2 il müddətdən artıq vəzifədə olmayıb. Si Cinpinin prezidentliyi dövründə üçüncü müddətin qanuni imkanı yaradıldı. Bu isə sədr Cinpinin dövləti əslində “imperiya” məntiqi ilə idarə edəcəyinə dair qiymətləndirmələrə səbəb oldu. Və burada Si Cinpinin üçüncü müddətinin başlamasına paralel olaraq Çinin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı razılaşmasının elan edilməsi xarakterik və müəyyən mənada simvolikdir. Bu, Tehran və Ər-Riyadın oynadığı rolu nəzərə alsaq, təkcə geniş regional deyil, praktiki olaraq geosiyasi əhəmiyyət kəsb edən reallıqdır.
Onların arasında münasibətlər 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İranda Səudiyyə səfirliyinə qarşı etirazlar və hücumlar olub. Bu, iki ölkə arasında gərginliyə və diplomatik münasibətlərin pozulmasına səbəb olub. 2021-ci ildən İraqın baş nazirinin təşəbbüsü ilə Çinin vasitəçiliyi ilə təxminən 2 ildən sonra əslində uğurla başa çatan münasibətlərin bərpası üçün işlərə başlanılıb. Təbii ki, bu təşəbbüsün nə dərəcədə güclü olacağı və tam həyata keçiriləcəyi hələ izlənilməlidir.
İran-Səudiyyə Ərəbistanı razılaşmasının möhkəmlənməsi Çinin həqiqətən böyük diplomatik, iqtisadi və siyasi uğuru olacaq və bu, Pekinin mövqeyini böyük mənada gücləndirəcək. Üstəlik, bu razılaşmanın İran prezidentinin Çinə əhəmiyyətli səfərindən bir neçə həftə və Çin prezidentinin Səudiyyə Ərəbistanına tarixi səfərindən bir neçə ay sonra baş tutması diqqət çəkir. Baş verənlərin Azərbaycan üçün də dərin məna kəsb edəcəyindən danışmaq bəlkə də yersizdir.
Asif Cəfərov
Ordu.az